Milyonluq şirkətlərə rəhbərlik edən azərbaycanlı biznes ledilər - FOTOLAR
Biznes və digər sahələrdə müvəffəqiyyətli olan bir çox qadın var. Azərbaycanda da işgüzar xanımlar getdikcə fəaliyyət dairəsini genişləndirərək dünya səviyyəsinə çıxır, beynəlxalq platformalarda söz sahibi olduqlarını nümayiş etdirir, fərdi sahibkarlığın bir çox sahələrində özlərini uğurla sınaqdan keçirirlər
Neqativ.com azərbaycanlı biznes lediləri təqdim edir:
Zərifə Həmzəyeva - "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı, "Premium Bank”ın təsisçisidir. O, həm də 1999-cu ildə təsis edilən və Azərbaycanda kosmetik məhsulların istehsalçısı olan "Gazelli” şirkətinin sahibidir. "Gazelli” şirkəti Azərbaycanda ətriyyat-kosmetika məhsullarının istehsalçısı olan ilk şirkətdir.
Diana Əhədpur – Azərbaycanlı model, "Diana Ahadpour" brendinin yaradıcısıdır. Onun geyimləri dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbaycanda bir çox moda həftələrində nümayiş etdirilib. 17 iyun 2017-ci il tarixində Bakı şəhərində yerləşən "Port Baku Mall"da "Diana Ahadpour" brendinin butiki açılıb. 2018-ci ildə "Azerbaijan Fashion Week 2018" tədbirində Əhədpurun geyimləri nümayiş olunub. Model, həmçinin 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ərəb qadınlar üçün hazırlanmış kolleksiya ilə daha bir butik, o cümlədən 2021-ci ilin martında Türkiyənin İzmir şəhərində bir mağaza açıb. Diana Əhədpur iranlı biznesmen Əhədpur Xangah Mənuçehrlə ailəlidir, cütlüyün bir övladı var.
Ruhi Əliyeva - "Liatris Holding”in rəhbəridir. MMC-nin tərkibinə bir neçə şirkət daxildir. Bunlardan biri "Liatris Travel”dir. Tibbi və Səyahət Şirkəti 2018-ci ildən etibarən, Azərbaycanda və dünyanın istənilən ölkəsində tibbi, istirahət və biznes səyahətlərini təşkil edir. Holdinqə daxil olan digər şirkətlərdən biri, News24.az xəbər portalıdır. Biznes ledi, həmçinin "Emerald Butik”in də sahibidir. Öz müştərilərinə əl işi olan yüksək keyfiyyətli qızıl-zinət əşyalarını təklif edən "Emerald Butik”də dünyanın ən irəli gələn brendlərinin müxtəlif çeşidli məhsulları satışdadır. Ruhi Əliyevanın sahibi olduğu şirkətlərdən biri də MRH GROUP-dur. 2020-ci ildə əsası qoyulan şirkətlər qrupu digital və internet marketinq, PR işləri, sosial şəbəkələrdə reklam, informasiya texnologiyaları, internet texnologiyaları, proqram hazırlanması və paylanması sahəsində xidmətlər göstərir.
Leyla Şıxlinskaya - Azərbaycanda ilk şəxsi klinikalardan birinin – öz adını daşıyan klinikanın sahibidir. İxtisasca aktrisa olan və bir çox filmlərdə rol alan Şıxlinskaya həkim ailəsində dünyaya göz açıb. Ailədən gələn təcrübə onun üçün yol xəritəsi olub və tibb ocağı yaratmaq qərarına gəlib. Hazırda bu klinikada bir çox tibbi prosedurlarla yanaşı, doğuş şöbəsi də fəaliyyət göstərir.
Aysel Trudel (Hüseynova) – Azərbaycanlı diplomat Aydın Hüseynovun qızı, dizayner Aysel Trudel Rusiyada moda sənayesini yaradan və bu sahədə ən çox pul qazanan dörd uğurlu rus qadından biridir. 16 yaşından işləməyə başlayan Aysel həyat yoldaşı ilə tanış olanda artıq Moskvada dəbli paltarların satışı ilə məşğul olan butiklər sahibiydi. Azərbaycanlı biznes-ledinin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir. O, Moskvanın ən bahalı butiklərindən olan "Soho", "Aizel's Secret" və "Agent Provocateur" dükanlarının sahibidir. "Marc Jacobs", "Stella McCartney", "Matthew Williamson", "Michael Kors", "Oscar de la Renta", "Donna Karan", "Ruffo", "Alessandro DellAsqua", "Helmut Lang", "Calvin Klein Collection", "Burberry Prosum", "Celine", "Lanvin" və "Christian Laboutin" kimi super brendləri Rusiya bazarında təmsil edir.
Zəhra Bədəlbəyli - Şairə, prodüser, Azərbaycan Respublikası Yazıçılar İttifaqının üzvü olmaqla yanaşı, həm də biznes-ledidir. O, 2015-ci ildən "Gamma group” şirkətinin direktorudur.
Elnarə Nəhmədova - "Beauttech by Elnara Nakhmedova " gözəllik salonları şəbəkəsinin direktorudur. O, 17 yaşından stilist peşəsini seçib və professional fəaliyyətini davam etdirib. Müxtəlif xarici treninqlərə qatıldıqdan sonra 2008-ci ildə şəxsi salonunu açmağa qərar verib. Məqsəd fərqli, o zamanlar Azərbaycana məxsus olmayan bir konseptlə komanda şəklində çalışan stilistlərlə, professional xidmətlə və yüksək keyfiyyətlə gözəllik mərkəzi yaratmaq olub. "Beauttech” 9 il fəaliyyətdə olduğu müddətdə Bakı şəhərində 6 böyük mərkəzə və 100-dən çox işçi qüvvəsinə sahib olub.
Zara Hüseynova - "ALZA” butiklərinin və "Wowoman” qadın platformasının təsisçisidir. Biznes ledi "Forbes” jurnalının 30 yaşdan aşağı "30 avropalı sosial sahibkar” siyahısında da yer alıb.
Nərgiz Rzayeva - 2003-cü ildən ABŞ-ın Nyu Cersi ştatında yaşayan azərbaycanlı iş xanımı Capital Medical Billing Solutions” şirkətinin təsisçisidir. O, Nyu Cersiyə gələndən sonra 2003-2005-ci illərdə "Cooper Rehab and sports therapy” şirkətində işləyib. 2005-2007-ci illərdə əvvəlcə "PBS " şirkətində, ardınca "Shore orthopedic group”-da çalışıb. 2007-2009-cu illərdə müəyyən kurslar götürərək daşınmaz əmlak üzrə mütəxəsis ixtisasına yiyələnib. 2009-2011-ci illərdə "Caldwell Bnker Realty” şirkətində həmin ixtisas üzrə fəaliyyət göstərib. 2011-ci ildə köhnə ixtisasına dönərək, iki il "The Plastic Surgery Center”də işləyib. 2013-cü ildən rəfiqələrindən biri ilə "Capital Medical Billing Solutions” şirkətini təsis edərək, həmin müəssisəyə rəhbərlik etməyə başlayıb. Həyat yoldaşı Robert Baldla 2002-ci ildə ailə həyatı qurublar. Robert sahil mikrosistemləri mühəndisləri şirkətində menecer işləyir. İki övladı var.
Səkinə Babayeva - Azərbaycanın ilk tikiş müəssisələrindən olan Bakı-Əyrici-Toxucu-Trikolaj Fabrikinin rəhbəridir. Onu digərlərindən fərqləndirən iki xüsusiyyət var. Bunlardan biri adi işçidən fabrik sahibliyinə qədər yüksəlməsi, digəri isə eyni zamanda ictimai fəaliyyətlə məşğul olmasıdır. S.Babayeva, həmçinin İqtisadiyyat Nazirliyinin dəstəyilə yaradılmış Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədridir.
Sfera.az
Fotoları təqdim edirik










Tarix: 27-10-2021, 20:36
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO