Hafiz Hacıyevin çıxışı ADAU-nu qarışdırdı - Rektor qovhaqovla hədələdi

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyevin yaxın qohumlarına qarşı təqibə start verib. Plagiat rektor dünən günorta saatlarında universitetin Magistr Hazırlığı Mərkəzinin direktoru Aqil Mustafayevi yanına çağıraraq onu təhqir və təhdid edib.
Bu barədə "Demokratik.Az"-a danışan mənbənin sözlərinə görə, buna səbəb qalmaqallı partiya rəhbəri H.Hacıyevin ötən həftələrdə "LAF TV"-yə müsahibəsi olub. Belə ki, partiya rəhbəri Kənd Təsərrüfatı Nazirliyini və nazir İnam Kərimovu, eləcə də yaxınlarını fəaliyyətsizlikdə, dağıdıcılıqda ittiham edib. Tənqid edərkən də nazirliyin kurasiyasında olan ADAU-nun rektoru İbrahim Cəfərovun öz köməkçisi, 26 yaşlı Rüfanə Əliyevaya hər il keçirdiyi dəbdəbəli ad günlərinə də eyham edib.
H.Hacıyev Demokratik.Az saytının yaydığı həmin xəbərə istinadən plagiat rektorun bu cür qudurğanlığa havayı pulları hardan tapdığını, nə qədər maaş aldığını soruşub.
Və bunu həzm etməyən plagiat rektor siyasətçinin qisasını sonuncunun yaxın qohumu olan Aqil Müstafayevdən çıxmağa qərar verib.
Bildirilir ki, rektor öz iş otağında mərkəz direktorunun sənədləşdirmə problemini (imtahan listlərinin hazırlanması və müəllimlər tərəfindən imzalanması prosesi) dilə gətirdikdən sonra əsas hücumuna başlayıb. Və Mərkəzdə daxili yoxlama təşkil etdikdən sonra qohumu Hafiz Hacıyevin çıxışlarından dolayı onu işdən qovacağı ilə hədələyib.

Şəkildəki - Aqil Mustafayev
Tərəflər arasındakı münaqişə Universitet kollektivi arasında sürətlə yayılıb və müzakirələrə səbəb olub. Hələlik A. Mustafayev öz vəzifəsinin icrasını yerinə yetirsə də, tezliklə onu universitetin elmi katibi Səbuhi Məmmədovun əvəz edəcəyi iddia edilir. Bu günlərdə rektorun niyyətli əmrini imzalayacağı gözlənilir.
Əldə etdiyimiz digər mühüm məlumatda isə bildirilir ki, ADAU rektoru nazir İnam Kərimova yetərincə sadiq olduğunu, onun təəssübünü çəkdiyini daha aydın ifadə etmək üçün uzun müddətdir sürücüsü işləyən Şəmil kişini də işdən çıxaracağı anonsunu edib. Bu barədə sürücüsü ilə də profilaktik söhbətlər apararaq Hafiz Hacıyevə qisascı ultimatumlar göndərib.
Məlumat üçün bildirək ki, ADAU rektorunun sürücüsü Şəmil Şamilov Hafiz Hacıyevin yeznəsidir - Gəncədə yaşayan bacısının həyat yoldaşıdır...
Xəbərdə adıkeçən hər kəsin söz haqqına sayğımız var...
Demokratik.Az
Tarix: 4-07-2020, 11:36
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO