"2026-cı ilin birinci kvartalında (yanvar-mart) Azərbaycana gələn turist sayı, 2025-ci ilin eyni dövrü ilə müqaisədə 5%-ə yaxın azalıb, cəmi 484 min turist səfər edib..."
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.O daha sonra fikrini belə davam etdirir: "Gürcüstana eyni dövrdə 998, yəni, təxminən, 1 milyon turist səfər edib – bu keçən ilin eyni dövrü ilə müqaisədə 4% daha çoxdur.Eyni dövrdə Ermənistana 454 min turist gəlib, bu keşən ilin 1-ci kvartalı ilə müqaisədə 18,2% çoxdur və ümumiyyətlə, 1991-ci ildən üzü bəri Ermənistanda 1-ci rübdə heç vaxt bu qədər turist olmayıb, bu rekord göstəricidir.Quru sərhədlərin mənasızcasına bağlı olması ölkəmizin iqtisadi durumuna, turizm sahəsinə ciddi mənfi təsir göstərir. Tbilisiyə dəmir yolunun açılması bu vəziyyəti düzəltmir – çünki, gündə cəmi 1 səfər edən qatar turizmə, iqtisadiyyata heç cür təsir edə bilməz.Bu inadı bitirmək, bu daşı ətəkdən tökmək, sərhədləri açmaq lazımdır – bu ölkə iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, Azərbaycanın investisiya imicinə də yaxşı impuls verə bilər..."
Tarix: Bu gün, 08:34