Bu faktlar İnam Kərimovu HƏBSƏ APARA BİLƏR - İTTİHAM

Dəfələrlə qeyd etmişik ki, neft və qazı kənara qoysaq, Azərbaycan sadə dildə desək aqrar ölkədir.
Kimin zərrəcə şübhəsi varsa, dövlət büdcəsinə daxil olan gəlirlərdən neft və qazı çıxsın və yerdə qalan rəqəmə nəzər salsın.
Bütün bunları nəzərə alan və uzaq gələcəyi hesablaya bilən Prezident İlham Əliyev cənabları qeyri-neft sektorunun və aqrar sahənin inkaşfı məsələsinə dönə-dönə qayıdır və dövlət büdcəsindən bu sferaya kifayət qədər vəsait ayırır.
Təəssüf ki, aqrar sahəyə rəhbərlik edən İnam Kərimov kimi nazirlər və məmurlar aqrar sahəni bərbad duruma salıblar. Bunun əsas səbəbi korrupsiya və mənimsəmə hallarıdır.
Bu araşdırma yazısında İnam Kərimovun 4-cü ildir ki, rəhbər olduğu Kənd Təsərrüfatı Nazirliyində baş verən müdhiş korrupsiya faktlarına nəzər salacağıq.
Mütəxəssislər gözəl bilir ki, heyvandarlıq sahəsi üçün ən qorxulu xəstəliklərdən biri, bəlkə də birincisi dabaq xəstəliyidir.
Qısaca onu qeyd edək ki, bu xəstəliyin nəticəsində iri buynuzlu mal-qara, qoyunlar arasında kütləvi ölüm halları, bala salma baş verir.
Digər tərəfdən xəstəliyə yoluxmuş belə heyvanların südü, əti də istifadə üçün təhlükəlidir.
Ona görə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ( ÜHST ) dabaq xəstəliyini həmişə nəzarətdə saxlamağa çalışır və qarşısını alır. Hətta dabaq xəstəliyi olan ölkələrdən heyvandarlıq məhsullarının idxalına da qadağa qoyurlar.
Çox təəssüf ki, başda nazir İnam Kərimov olmaqla nazirliyin tabeçiliyində olan Aqrar Xidmətlər Agentliyi ( AXA ) belə bir təhlükəli xəstəlikdən də öz xeyirləri üçün istifadə edir və milyonlar qazanırlar.
Məlumdur ki, dabaq xəstəliyi ilə mübarizə üçün vaksinlərdən istifadə olunur. Bəzən bu vaksinlər ölkələrə ÜHST tərəfindən güzəştlə, hətta pulsuz verilir.
Gundəlik-Bakıya daxil olan məlumata görə, cənab İnam Kərimov nazir olandan sonra, yəni 2019-cu ildə dabaq xəstəliyinə qarşı istifadə olunacaq vaksinlərin alınması üçün böyük maxinasiyaya yol verilib.
Belə ki, vaksinlərin alınması üçün keçirilən tenderdə müxtəlif maneələr yaradılıb.
Süni olaraq vaxt məhdudiyyəti yaratmaq üçün ilin sonunda tələm-tələsik tender elan olunub.
İddiaçıların sayını məhdudlaşdırmaq məqsədilə elanda tender toplusunu almaq üçün 40.000 AZN ( ! ) ödənilməsi tələb kimi qoyulur. Və buna nail olunub.
Təsəvvür edirsinizmi, dünyada bunun analoqu yoxdur. Niyə tender toplusunu almaq üçün 40 min ödənməlidir ?
Keçirilən tenderə əlavə iddiaçılar cəlb etmək məqsədi ilə heç bir tədbir görülməyib və açıq tender ləğv olunub.
Tenderdə iştirak etmək istəyən bir şirkətin regionda ən müasir vaksin istehsalçısı olmasına baxmayaraq, həmin müddətə qədər KTN yanında Aqrar Xidmətlər Agentliyi ( AXA ) ilə heç bir münasibəti olmayan bir müəmmalı “şirkət”lə birbaşa müqavilə imzalanır.
Ən çox vəsait tələb olunan dabaq xəstəliyinə qarşı vaksinlərin əldə edilməsi məqsədilə yaranmış kritik vəziyyətlə, vaxtla əlaqədar Türkiyənin müvafiq nazirliyindən köməklik istənilir. Və razılıq alınır. Lakin müqavilə birbaşa AXA ilə Türkiyənin dövlətə məxsus Şap Enstitusi ( adı qısa yazılıb ) arasında bağlanılmır.
Ortada yuxarıda qeyd etdiyimiz həmin müəmmalı şirkətin “xidmətlərindən” istifadə olunur. Beləliklə Şap Enstitusundan alınacaq 9-10 milyon doz dabaq vaksini Azərbaycana 2.5 – 3 dəfə baha qiymətə başa gəlir. ( Şap Enstitusunun qiymətləri: 1 doz üçün təqribən 0.29 – 0.35 USD ).
Ortaya xeyli suallar çıxır:
1. Niyə əlavə iddiaçılar cəlb etmək məqsədilə heç bir tədbir görülmədən tender ləğv edilib ?
2. Müəmmalı şirkət hansı meyarlar əsasında seçilib?
3. Niyə dabaq vaksini üçün müqavilə Şap Enstitusu ilə birbaşa bağlanmayıb ?
Mütləq ortada müəmmalı şirkət olmalı idi ?
4. Vaksinlər dəqiq olaraq büdcəyə hansı qiymətə başa gəlib ?
Görəsən bu əməliyyat zamanı nazir İnam Kərimov və AXA rəhbərliyi nə qədər qazanıb ?
İndi isə 2020-ci ildə vaksin məsələsinə nəzər salaq.
2020-ci ildə isə açıq tender keçirildi və ən aşağı qiymət təklif etmiş şirkət qalib oldu. Gələcəkdə şəffaf tender prosedurlarının keçiriləcəyi ümidi ilə regionda olan digər istehsalçılar da öz məhsullarını Azərbaycanda qeydiyyatdan keçirdilər.
2021-ci ildə isə tenderin büdcəsini süni olaraq aşağı salmaq məqsədi ilə Qanunun tələblərinə zidd olaraq ( Maddə 16.1 ) alınacaq mallar eyni tip olmasına baxmayaraq , həmin mallar 5 ( ! ) qismə bölünmüş, bu məqsədlə 4 elektron tender elan olunmuş, dabaq vaksininin satınalınmasına isə müəmmalı olaraq ümumiyyətlə, tender elan edilməmişdir.
Beləliklə, Qanuna görə, büdcəsi 3 milyon ABŞ dollarından çox olan açıq tender prosesindən əsassız olaraq yayınılmış və Azərbaycanda istehsalı olmayan malların satınalınmasında xarici şirkətlərin birbaşa iştirakının ümumiyyətlə qarşısı alınmışdır.
Görəsən xarici şirkətlərin birbaşa iştirakının qarşısı niyə alınıb ?
Yəqin yenə müəmmalı şirkətlər ortada “maklerlik” edəcək.
Gəldiyimiz nəticə budur ki, cənab İnam Kərimovun rəhbərliyi altında dabaq xəstəliyinə qarşı vaksinlərin satınalınmasında büdcə vəsaitini mənimsəmək məqsədi ilə 2019-cu ildə tətbiq olunmuş sxem yenidən işə salınacaq.
Görəsən gənc nazir İnam Kərimov sabiq nazir Səlim Müslümovun və digər məmurların başına gələnlərdən nəticə çıxartmır ?
Bəlkə, İnam Kərimov onun karyerasında xüsusi rol oynamış Samir Kərimov – Əli İnsanov cütlüyünün təlimatları ilə işləyir, onların tapşırıqlarını icra edir?
Görünür İnam Kərimov da sabiq nazir Heydər Əsədov kimi dağıdıb aradan çıxmaq istəyir.
Amma başqa nümunə də var. Belə ki, sabiq nazir İsmət Abasov taksidə gəldi, taksidə getdi.
Sən nədə, bəlkə qapalı maşında gedəcəksən, cənab İnam Kərimov ?
Unutma ki, ermənilərin başına enən dəmir yumruq növbəti etapda korrupsioner nazirlərin başına enəcək.
P.S Növbəti yazıda gürcü adı ilə vaksin daşıyan ermənilərdən bəhs edəcəyik. //gundelik-baku.com//
Tarix: 26-11-2021, 14:35
-
Bu gün, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Bu gün, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Bu gün, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Bu gün, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Bu gün, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Bu gün, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Bu gün, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Bu gün, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Bu gün, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Bu gün, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Bu gün, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Bu gün, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Bu gün, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Bu gün, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Bu gün, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Bu gün, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
Dünən, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
Dünən, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
-
Dünən, 15:49
Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
-
Dünən, 15:45
"Qala Sığorta"da geri sayım - yığımları 15 milyona yaxın AZALDI
-
Dünən, 15:39
DTX əməliyyat keçirib: Həbs olunan BALAYEV KİMDİR?
-
Dünən, 15:38
İylənmiş ət verən şadlıq sarayı Adil Əliyevə nə bağlayır? – "Çıraq palace" haqda ŞOK iddialar, detallar
-
Dünən, 11:53
Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!
-
Dünən, 11:44
Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
-
Dünən, 11:37
2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
-
Dünən, 11:33
Deputat Samir Vəliyevin anasının “Oksigen” klinikası ilə bağlı ŞİKAYƏT - Hamilə qadına qarşı...
-
Dünən, 10:26
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi
-
Dünən, 10:24
Ümidi ölmüş dünya... - REPLİKA
-
Dünən, 10:19
GDU-da yoxlamalar gedir
-
Dünən, 10:12
Xataidə cinayətkar birlik həbs edildi - 11 nəfər