Ramiz Zeynalov partiya sədrinin avtomobilini qanunsuz olaraq cərimə meydançasına aparan polis əməkdaşlarını cəzalandırdı
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) rəisi Ramiz Zeynalov Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun Şuşaya gedərkən avtomobilini cərimə meydançasına aparan dövlət yol polisi əməkdaşlarını cəzalandırıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, onlar ciddi intizam məsuliyyətinə cəlb ediliblər.
Partiya sədrinin hadisə baş verən gün - oktyabrın 7-də reydin qanunsuz keçirilməsi ilə bağlı sosial şəbəkə üzərindən Baş Dövlət Yol Polisi İdarəsinə etdiyi müraciət araşdırılıb.
İdarədən bildirilib ki, xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə dövlət yol polisi əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb ediliblər.
A.Şakiroğlu Pravda.az-a açıqlamasında deyib ki, yaranmış qanuna zidd və xoşagəlməz hadisə üzücüdür.

"Çalışmaq lazımdır ki, bu tip qanuna zidd və əsassız saxlamalar, vətəndaşları yormaq kimi hallar olmasın. Hər zaman obyektiv və qərəzsiz olmağa çalışan insanam. Neqativləri dilə gətirdiyim kimi pozitiv, müsbət addımları da hər zaman söyləyirəm. Obyektiv tənqidin cəmiyyətimizi inkişaf etdirdiyini düşünürəm. Daxili İşlər Nazirliyinin rəhbərliyinə, şəxsən nazir Vilayət Eyvazova, general Ramiz Zeynalova və DİN-in Mətbuat xidmətinin bütün əməkdaşlarına təşəkkür edirəm. Problemin dərhal nəzarətə götürülüb, xidməti yoxlamaya başlanılması, vəzifələrinin icrası zamanı nöqsana yol vermiş DYP əməkdaşlarının cəzalandırılması haqqında qərarın qəbul edilməsi bir daha göstərir ki, Daxili İşlər Nazirliyi şikayətlərin araşdırılmasında, dərhal reaksiya verilməsində ən operatividir. İnanmaq istərdim ki, bu kimi neqativ hallar bir daha olmayacaq".
Tarix: 29-10-2021, 23:58
-
Bu gün, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Bu gün, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Bu gün, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Bu gün, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Bu gün, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Bu gün, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Bu gün, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Bu gün, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Bu gün, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Bu gün, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Bu gün, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Bu gün, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Bu gün, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Bu gün, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Bu gün, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Bu gün, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Bu gün, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Bu gün, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
Dünən, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
Dünən, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
-
Dünən, 15:49
Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
-
Dünən, 15:45
"Qala Sığorta"da geri sayım - yığımları 15 milyona yaxın AZALDI
-
Dünən, 15:39
DTX əməliyyat keçirib: Həbs olunan BALAYEV KİMDİR?
-
Dünən, 15:38
İylənmiş ət verən şadlıq sarayı Adil Əliyevə nə bağlayır? – "Çıraq palace" haqda ŞOK iddialar, detallar
-
Dünən, 11:53
Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!
-
Dünən, 11:44
Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
-
Dünən, 11:37
2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
-
Dünən, 11:33
Deputat Samir Vəliyevin anasının “Oksigen” klinikası ilə bağlı ŞİKAYƏT - Hamilə qadına qarşı...
-
Dünən, 10:26
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi