Elman Nəsirov Qüdrət Həsənuqliyevin təklifinə qarşı çıxdı: - “Az qala 3-cü Dünya müharibəsi yaşayırıq...”
Son günlər Azərbaycanda koronavirusa (COVID-19) yoluxanların sayında kəskin artımının qeydə alınmasilə bağlı danışan Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sözləri müzakirə yaradıb.
Belə ki, deputat yoluxmanın sayının artdığı təqdirdə müəyyən məhdudiyyətlərə getməyin lazım olduğunu bildirib. Burada insan həyatından söhbət getdiyini, bundan başqa vaksinasiya prosesini sürətləndirmək lazım olduğunu deyən deputatın təklifi bundan ibarət olub ki, vaksindən imtina edən şəxslər koronavirusa yoluxarsa, onlar öz xərcləri hesabına müalicə olunsunlar. Milli Məclisin üzvü həmçinin bildirib ki, dövlət belə şəxslərin müalicəsini öz üzərinə götürməməlidir. Müalicənin təqribən 3 min manata yaxın vəsaitə başa gəldiyini deyən deputat yaxın günlərdə parlamentin iclaslarında bununla bağlı məsələ qaldıracağını da bildirib.
Deputat həmrakının təklifinə Milli Məclisin üzvü Elman Nəsirov münasibət bildirib. O, hazırda az qala 3-cü Dünya müharibəsi yaşadığımızı nəzərə çatdırıb:
“Təsəvvür edin, dünyada virusa yoluxanların sayı 250 milyona yaxınlaşırsa, dünyasını dəyişənlərin sayı 5 milyon nəfəri ötüb keçirsə, pandemiyanı 3- cü dünya müharibəsi adlandırmaq düzgün olar. Müharibənin isə təbii ki, öz qaydaları var. Müharibə dövrünün qaydaları sərt olur. Məsələyə bu məntiqlə yanaşanda, burada məsuliyyət məsələsi ön plana keçir. Bir anlıq təsəvvür edin ki, 1 milyondan çox azərbaycanlının maşını avtomobil yollarında şütüyür. Yol Polis bir saat fəaliyyət göstərməsin, hər şey sürücünün məsuliyyətinə buraxılsın. Bilirsiniz nələr olar?”
Deputat bildirib ki, məsuliyyət məsələsi çox qəlizdir. Buna arxayın olub, qərarlar qəbul etmək düzgün deyil:
“Ona görə də, mən hesab edirəm ki, biz faktiki olaraq milyonlarla insanın həyatına son qoyan 3- cü Dünya müharibəsini yaşayırıq. Belə olan vəziyyətdə addımların sərtliyinin tərəfdarıyam. Hesab edirəm ki, bir insan məsuliyyəni dərk edib vaksin vurdurmur və əsaslandırır ki, bu, könüllülük prinsipi ilədir, bu zaman sual etmək lazımdır ki, vaksin vurdurmursan, amma yoluxursan, burda mənim nə günahım var? Sənin məsuliyyətsizliyin ucbatından mən yoluxuram. Çoxlu suallar ortaya çıxır. Məsuliyyət məsələləri çox önəmlidir. Burada boşluqların olmasını xüsusi vurğulamaq lazımdır. Hansı qərarların qəbul ediləcəyi, sərt tədbirlər mənim səlahiyyətimdə deyil. Prinsip etibarilə hesab edirəm ki, söhbət insanın taleyindən, sağlamlığından gedəndə məsuliyyətsiz insanların davranışına arxayın olub, mübarizəni təşkil etmək olmaz”.
Elman Nəsirov hesab edir ki, xəstəxanada yatmayanların bir çoxu imkanı daxilində öz vəsaitləri hesabına müalicə olunur:
“Hesab edirəm ki, Qüdrət müəllimin irəli sürdüyü təklif elə də effektiv tədbir olmaz. Koronavirusla mübarizə aparmaq üçün böyük maliyyə vəsaiti lazım olmayacaq. İnsan özü məsuliyyətsizdirsə, öz hesabına xəstəliyi ilə mübarizə aparması elə də səmərə verə bilməz. Yəni ciddi təsir mexanizmi olmaz. Bir çox hallarda insanlar heç xəstəxanaya getmir, evlərində müalicə alırlar. Həkimin yazdığı bahalı dərmanları alıb, müalicə olunurlar”.
Cebhe.info

Cebhe.infoSon günlər Azərbaycanda koronavirusa (COVID-19) yoluxanların sayında kəskin artımının qeydə alınmasilə bağlı danışan Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sözləri müzakirə yaradıb.

Tarix: 25-10-2021, 19:50
-
Bu gün, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Bu gün, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Bu gün, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Bu gün, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Bu gün, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Bu gün, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Bu gün, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Bu gün, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Bu gün, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Bu gün, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Bu gün, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Bu gün, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Bu gün, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Bu gün, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Bu gün, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Bu gün, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Bu gün, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Bu gün, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
Dünən, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
Dünən, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
-
Dünən, 15:49
Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
-
Dünən, 15:45
"Qala Sığorta"da geri sayım - yığımları 15 milyona yaxın AZALDI
-
Dünən, 15:39
DTX əməliyyat keçirib: Həbs olunan BALAYEV KİMDİR?
-
Dünən, 15:38
İylənmiş ət verən şadlıq sarayı Adil Əliyevə nə bağlayır? – "Çıraq palace" haqda ŞOK iddialar, detallar
-
Dünən, 11:53
Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!
-
Dünən, 11:44
Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
-
Dünən, 11:37
2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
-
Dünən, 11:33
Deputat Samir Vəliyevin anasının “Oksigen” klinikası ilə bağlı ŞİKAYƏT - Hamilə qadına qarşı...
-
Dünən, 10:26
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi