“RUSİYA ƏLİNDƏN GƏLƏNİ ETDİ...” – Müharibə günlərində Ermənistan ordusunu Şoyqu idarə edib

Ermənistanın keçmiş Müdafiə naziri David Tonoyan Rusiyanın "Mediamax" agentliyinə müsahibəsində maraqlı etiraflar edib. O bildirib ki, Qarabağdakı müharibə zamanı Rusiya müttəfiqlik borcunu yerinə yetirmək üçün əlindən gələni edib.
Tonoyan müharibə boyu rusiyalı həmkarı Sergey Şoyqu ilə daim təmasda olduğunu və gün ərzində bir neçə dəfə onunla telefon danışığı apardığını söyləyib. "Məlum səbəblərdən detallara varmayacağam, amma birmənalı olaraq deyə bilərəm ki, müharibə zamanı Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi", - Tonoyan vurğulayıb. Keçmiş nazirin sözlərinə görə, Sergey Şoyqu ilə sıx təmasları müdafiə məsələləri ilə yanaşı, bir sıra digər “vacib məsələlərin” həllinə imkan verdi.
Xatırladaq ki, David Tonoyan müharibə bitdikdən bir neçə gün sonra baş nazir Paşinyan tərəfindən vəzifəsindən azad edilmişdi.
Keçmiş Müdafiə nazirinin dedikləri 44 günlük müharibə zamanı Rusiya-Ermənistan əlaqələrinə bir daha işıq salır. Əlbəttə, Azərbaycana bəlli idi ki, Moskva müttəfiqini müntəzəm olaraq silah-sürsatla təmin edir. Ölkə rəhbərliyi bunu sübut edən kəşfiyyat məlumatlarını açıqlayıb, Rusiyadan silahların hansı marşrutla Ermənistana çatdırıldığını göstərmişdi. Məsələ bir neçə dəfə ikitərəfli danışıqlarda və publik şəkildə Moskvanın qarşısında qaldırılaraq, etiraz ifadə edilmişdi.
Amma Rusiya rəhbərliyi İrəvanla əlaqələrin ikitərəfli müqavilələr çərçivəsində həyata keçirildiyini bildirərək, bunun müharibə ilə əlaqəsi olmadığını iddia edirdi. Prezident Putin, Xarici İşlər naziri Sergey Lavrov döyüşlərin Azərbaycan ərazilərində getdiyini bildirərək, Rusiyanın ona müdaxilə etməyəcəyini vəd edirdilər. "Əgər müharibə Ermənistan ərazisinə keçərsə, o zaman KTMT çərçivəsindəki öhdəliklərə uyğun olaraq Rusiya prosesə müdaxilə edəcək", - Lavrov bəyantlarının birində ifadə etmişdi.
Amma David Tonoyanın dedikləri bunun əksini nümayiş etdirir. Müdafiə nazirinin döyüşlərin qızğın çağında rusiyalı həmkarı ilə hər gün bir neçə dəfə təmasda olmasını açıqlaması, əslində 44 günlük müharibə zamanı Ermənistan ordusunun Moskvadan idarə olunduğunun açıq təsdiqidir. Tonoyanın cəbhə bölgəsində tez-tez dəyişən situasiya ilə bağlı S.Şoyquya məruzə etməsi, ondan təlimatlar, tapşırıqlar alması anlamına gəlir. Müharibənın qızğın çağında gündə bir neçə dəfə telefon zəngləri başqa hansı ehtiyacdan yarana bilər ki?
Beləliklə, məlum olur ki, müharibə zamanı Rusiyanın yaratmağa çalışdığı tərəfsizlik obrazı əslində görüntü olub. Moskva bütün vasitələrlə müttəfqinin məğlub olmaması üçün çalışıb, ona ən müasir silahların verilməsi ilə də kifayətlənməyib, əvvəldən sona qədər döyüşü idarə edib. Amma bütün çabalar nəticəsiz qalıb. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Rusiya hərbi sənaye kompleksinin məhsulları ilə tam təchiz edilmiş Ermənistanın hərbi potensialının 80 fazini məhv edərək, onu atəşkəs imzalamağa məcbur edib."AzPolitika.info"
Tarix: 25-01-2021, 14:54
-
Bu gün, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Bu gün, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Bu gün, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Bu gün, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Bu gün, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Bu gün, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Bu gün, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Bu gün, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Bu gün, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Bu gün, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Bu gün, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Bu gün, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Bu gün, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Bu gün, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Bu gün, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Bu gün, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Bu gün, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Bu gün, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
Dünən, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
Dünən, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
-
Dünən, 15:49
Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
-
Dünən, 15:45
"Qala Sığorta"da geri sayım - yığımları 15 milyona yaxın AZALDI
-
Dünən, 15:39
DTX əməliyyat keçirib: Həbs olunan BALAYEV KİMDİR?
-
Dünən, 15:38
İylənmiş ət verən şadlıq sarayı Adil Əliyevə nə bağlayır? – "Çıraq palace" haqda ŞOK iddialar, detallar
-
Dünən, 11:53
Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!
-
Dünən, 11:44
Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
-
Dünən, 11:37
2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
-
Dünən, 11:33
Deputat Samir Vəliyevin anasının “Oksigen” klinikası ilə bağlı ŞİKAYƏT - Hamilə qadına qarşı...
-
Dünən, 10:26
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi