GÖMRÜKDƏ YÜK AVTOMOBİLLƏRİNİN SÜRÜCÜLƏRİ NECƏ “SOYULUR”... – Sürücülər qanunsuz cərimələrə etiraz edirlər

Beynəxalq yükdaşıma xidməti ilə məşğul olan bir qrup sürücü tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər gömrük əməkdaşları tərəfindən haqsız yerə və məqsədli şəkildə cərimə olunduqlarını iddia edirlər. Onların müraciətini olduğu kimi dərc edirik:“Hörmətli redaksiya!Diqqətinizə çatdıraq ki, biz beynəlxalq yükdaşıma xidməti ilə məşğul oluruq. Əsasən də, Naxçıvan üzərindən keçməklə, İrandan Türkiyəyə yük daşıyırıq. Lakin çox təəssüflə qeyd edirik ki, bəzi işbaz məmurlar tərəfindən haqsız cərimələrə, belə demək olarsa, soyğunçuluğa məruz qalırıq.İlk öncə onu diqqətinizə çatdıraq ki, Culfa Gömrük Məntəqəsindən Naxçıvan ərazisinə daxil olaraq, oradan çıxış nöqtəsinə - Sədərək Gömrük Məntəqəsinə çatmaq üçün bütün yük avtomobillərinə 72 saat vaxt verirlər. Əlbəttə, bu, bizi o qədər də narahat etmir. Bizi narahat edən odur ki, məntəqəyə qeyd olunan vaxtdan tez çatsaq da, yenə cərimələnməkdən xilas ola bilmirik.Məlumat üçün bildirək ki, Culfa Gömrük Məntəqəsində hər bir yük avtomobilinin arxasına CPS vurulur. Məqsəd maşınların hərəkət trayektoriyasına nəzarət etməkdir. Amma biz Sədərək Gömrük Məntəqəsinin parkına (dayanacağa) 72 saatdan tez çatsaq da, həmin CPS-i açmırlar. Halbuki, parka daxil olduqda CPS sökülməli və qeyd olunan 72 saatlıq vaxt dayandırılmalıdır. Ona görə ki, bəzi hallarda sürücülərdən asılı olmayaraq, yük avtomobilləri günlərlə növbə gözləməli olur. Belə olduğu təqdirdə isə 72 saatlıq müddət dolur və “qırmızıya düşdüyümüzü” iddia edərək, bizdən məcburi qaydada 50 manat alırlar. Üstəlik, parkda qaldığımız hər gün üçün də əlavə 10 manat da ödməyə məcbur edilirik. Halbuki, hər bir yük avtomobilinin sürücüsü günü 10 manatdan olmaqla, 30 manatlıq barkod alır. Dövlət rüsumu kimi nəzərdə tutulan həmin vəsaiti də çıxışda ödəyirik.Onu da bildirək ki, “qırmızıya düşdüyümüz” üçün ödəməli olduğumuz cərimələr də dövlət büdcəsinə yönləndirilmir, böyük ehtimalla kimlərinsə cibinə gedir. Yəni gömrük əməkdaşı hər bir sürücüyə kod verir ki, get 50 manat cəriməni bu hesaba ödə. Həmçinin, bu zaman protokol da yazılır ki, heç bir narazılığın olmadığını təsdiq etmək üçün qol çək.Əlbəttə, həmin sənədə imza atmayan sürücü gömrükdən keçə bilməz. Bu səbəbdən də, daşıdığımız yükü vaxtında ünvanına çatdırmaq üçün protokola imza atıb, 50 manat cəriməni deyilən kod əsasında ödəməyə məcbur oluruq.Yeri gəlmişkən, bu cür qanunsuzluqlar əsasən yerli yük avtomobillərinin sürücülərinə qarşı edilir. Xarici ölkələrin maşınları gömrüyü problemsiz keçir və onlara hər hansı qanunsuz cərimə yazıldığının şahidi olmamışıq. Bu səbəbdən, aidiyyəti qurumlardan xahiş edirik ki, gömrük məntəqələrində biz sürücülərin qanunsuz olaraq cərimələnməsi ilə bağlı araşdırılma aparılsın. Əgər bizlər həqiqətən də qanunları pozuruqsa, cərimə ödəməyə hazırıq. Amma çox təəssüflə qeyd edirik ki, hər birimiz məqsədli şəkildə və qanunsuz olaraq cərimə ödəməyə məcbur edilirik”.Redaksiyadan: Yazıda adları çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.
Tarix: 3-04-2025, 12:06
-
Bu gün, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Bu gün, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Bu gün, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Bu gün, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Bu gün, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Bu gün, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Bu gün, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Bu gün, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Bu gün, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Bu gün, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Bu gün, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Bu gün, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Bu gün, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Bu gün, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Bu gün, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Bu gün, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Bu gün, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Bu gün, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
Dünən, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
Dünən, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı
-
Dünən, 15:49
Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
-
Dünən, 15:45
"Qala Sığorta"da geri sayım - yığımları 15 milyona yaxın AZALDI
-
Dünən, 15:39
DTX əməliyyat keçirib: Həbs olunan BALAYEV KİMDİR?
-
Dünən, 15:38
İylənmiş ət verən şadlıq sarayı Adil Əliyevə nə bağlayır? – "Çıraq palace" haqda ŞOK iddialar, detallar
-
Dünən, 11:53
Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!
-
Dünən, 11:44
Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
-
Dünən, 11:37
2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
-
Dünən, 11:33
Deputat Samir Vəliyevin anasının “Oksigen” klinikası ilə bağlı ŞİKAYƏT - Hamilə qadına qarşı...
-
Dünən, 10:26
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi