“Aztelekom” və “Baktelecom” birləşdiriləcək? - AÇIQLAMA
Son zamanlar müşahidə etmək olar ki, regionlarda bütün kommunal və digər qurumlarda islahatlar aparılmış və rayon səviyyəli idarəetmə orqanları ləğv edilərək regional filiallar yaradılmışdır.
Cebhe.info xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz feysbuk səhifəsində yazıb.
O bildirib ki, regionlarda yalnız Telekommunikasiya strukturlarında rayon səviyyəli idarəetmə qalırdı.
“Bir müddətdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-də də struktur istahatlarına başlanıb.
Bu islahatlar “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq aparılır.
Rayonlardakı Telekommunikasiya Qovşaqları ləğv edilərək idarəetmənin daha effektiv qurulması üçün Regional Filiallar yaradılır. “Aztelekom” MMC daxilində 8 Regional Filialın yaradılması nəzərdə tutulur.
Artıq “Şimal-Şərq Regional Filialı" (Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz Telekommunikasiya Qovşaqları) və "Aran Regional Filialı” (Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdam Telekommunikasiya Qovşaqları) yaradılıb.
Xatırladım ki, bir neçə il öncə nazirliyin digər bir qurumu – “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) də yenidən təşkil olunaraq “Bakı Telefon Rabitəsi” MMC-yə çevrilmişdi.
O zaman BTRİB-in strukturuna olan 7 Avtomat Telefon qovşaqları ləğv edilərək hazırda fəaliyyət göstərən Rabitə Xidmətləri Mərkəzlərinə çevrilib. Hazırda bu qurumun tərkibində “Azərrabitəlayihə” MMC, eləcə də telekommunikasiya operatoru “AzEuroTel” MMC fəaliyyət göstərir.
Telekommuniikasiya sektorunda aparılan təkmilləşmə işlərinin yekunu olaraq, nazirlik tərkibində olan “Aztelekom” və “Baktelecom” dövlət operatorlarının birləşdirilməsi və “Aztelekom” adında vahid dövlət telekommunikasiya operatorunun yaradılması nəzərdə tutulub.
Aydındır ki, iki dövlət operatorunun birləşməsi ilə daha çevik və effektiv idarəetmə əldə etmək mümkün olmasına baxmayarq daha güclü dövlət operatorunun formalaşması ilə sektorda rəqabətlə bağlı risklər də yarana bilər.
RİNN son zamanlarda rəqabətli mühitin formalaşması məqsədilə dövlət-özəl tərəfdaşlığı təşəbbüsü də irəli sürüb.
Güman etmək olar ki, nazirlik tərkibində bir müddət öncə Prezident fərmanı əsasında aparılan struktur islahatları da məhz həm də bu amillərlə bağlıdır.
Struktur istahatlarında əsas istiqamət tənzimləmə ilə bağlı idi.
Məlum olduğu kimi, bir neçə gün öncə Prezidentin fərmanı əsasında sektorda tənzimləmə və rəqabətli mühitin inkişafı məqsədilə yeni qurum - İKT Agentliyi də yaradılıb.
Sektorda rəqabətin güclənməsi, dövlətə məxsus rabitə resurslarından dövlət və özəl operatorların bərabər əsaslarla istifadəsi, rabitə və internet xidmətlərinə əlçatanlığın və keyfiyyətin artırılması istiqamətində yeni yaranan qurumlardan gözləntilər çoxdur”.
Tarix: 21-10-2021, 21:52
-
Bu gün, 18:00
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Bu gün, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Bu gün, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Bu gün, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Bu gün, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Bu gün, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Bu gün, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Bu gün, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Bu gün, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO