Trollar arxasında gizlənən ŞAHİN BAĞIROV... - və yaxud DƏVƏQUŞU EFFEKTİ...


Diqqətli oxucularımız da təsdiq edər ki, neçə müddətdir gömrük sistemində müşahidə olunan neqativ hallarla bağlı davamlı məlumat paylaşırıq. "DİA-AZ" olaraq burada başlıca məqsədimiz illərdir hansısa müəmmalı səbəblərdən dolayı mətbu tənqiddən kənar qalan bir strukturla bağlı olub keçənləri ictimailəşdirməkdir.
Təbii ki, yaxşı olardı DGK rəhbərliyi bu iddia və ittihamlara aydınlıq gətirsəydi yaxşı olardı. Amma görünəni odur ki, boğaza qədər çirkab içində olan gömrük sistemində normal idarəetmə olmadığı kimi, tənqidlərə normal yanaşma da yoxdur. Hörmətli Şahin Bağırov cənabları və onun çevrəsi TROL XİDMƏTİ hesabına vəziyyətdən çıxmaq istəyir. Amma "qatıq qaradır" deyən trollar belə həqiqəti ört-basdır edə bilməz. Şahin Bağırov və onun korrupsiyaya uğramış general kontingenti də elə zənn etməsinlər ki, dəvəquşu başını torpağa soxmaqla canını qurtara bilir... Gələcək o mübarək QARA MASKALILAR...
Onu da qeyd edək ki, yazdığımız məlumatlara DGK trolları əksər hallarda bir reaksiya verirlər: KONKRET FAKT YOXDUR...
Daha anlamırlar ki, konkret faktlar hüquq mühafizə orqanlarının əlində olur və bu faktlar əsasında konkret hüquqi tədbirlər görülür.
Digər tərəfdən konkret faktlar təqdim edəndə də TROL SÜRÜSÜ cığallıq etməyindən qalmır. Məsələn, Zəfər Günü ilə bağlı verilən mükafatlardan pul tutuldu. Əslində bu ciddi korrupsiya faktı idi. Amma trollar yenə də "gömrükçülər harda vuruşub ki, onlara Zəfər Günü ilə bağlı mükafat verirlər" deyərək absurd arqumentləri ilə aranı qatmağa, korrupsiya faktını gizlətməyə çalışdılar.
Olsun. Bunu necə ki, biz görə və təsbit edə biliriksə, aidiyyatı qurumlar da eyni qaydada görür və təsbit edirlər...
Təbii ki, biz də öz işimizə davam edəcəyik. Yeni narazılıq faktı var. Məsələn, gömrükçülərdən biri DGK rəhbərliyi tərəfindən sürücülərə ayrılan yanacaq pulunun mənimsənilməsindən gileylənir.
"DİA-AZ"a yazırlar: "Yanacaq pulunu kəsirlər. Bu da bir yana. Kimsə DGK-də doğru-dürüst ezamiyyə pulunu ala bilməyib..."
Növbəti yazılarımız olacaq... Bizi izləməyə davam edin... 
Tarix: Dünən, 18:10
Xəbəri paylaş



Xəbər lenti