Qalmaqallı deputat NAZİR OLMAQ EŞQİNDƏ... - Allah, SƏN SAXLA!..
Dünya koronavirus kimi dəhşətli bəla ilə üz-üzə qaldığı bir zamanda Azərbaycan səhiyyəsi başsız qalıb.
Bəli, tam məsuliyyətlə deyə bilərik ki, Əli İnsanov, Oqtay Şirəliyev kimi nazirlərin 30 il rəhbərlik etdiyi səhiyyəmiz ancaq kasıb-kusubun cibinə girmək və üstəlik canını almaqla məşğul olub.
Özünüz düşünün, hansı bir imkanlı şəxs öz sağlamlığını Azərbaycan səhiyyəsinə etibar edir ?
Kimin qarnı ağrıyırsa, Avropaya, Türkiyəyə, az imkanlılar isə İrana qaçır.
Bəs dövlət başçısının ölkə səhiyyəsinə ayırdığı 100 milyonların hesabına alınan bahalı tibbi avadanlıqlar, yeni tikilən rayon xəstəxanaları, diaqnostika mərkəzləri nə işlə məşğuldur ?
Hələ, pandemiya dövründə həbs olunan baş həkimləri demirik.
Təsəvvür edirsiniz, ölkədə xalqın sağlamlığı ilə məşğul olan iki qurum var: Səhiyyə nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ( TƏBİB ) .
Qurumun ikisinə də rəhbər təyin olunmayıb. Nə nazir var, nə də TƏBİB-in sədri.
Səhiyyə naziri olmaq uğrunda əməlli-başlı mübarizə gedir.
Kimlərin adı nazir olmaq uğrunda hallanmır ?
İnsaf naminə qeyd edək ki, adı hallanan bəzi namizədlər ixtisasca həkim, tibb elmləri üzrə peşəkar şəxslərdir. Amma...
Əmması odur ki, nazir olmaq istəyənlərdən birinin, ümumiyyətlə, tibb sahəsinə dəxli yoxdur. Yəqin ki, inanmadınız. İndi sənəd və sübutla bunu ortaya qoyacağıq.
Buyurun səhiyyə naziri olmaq istəyən millət vəkili Kəmaləddin Qafarovla tanış olun.
Bu adam dərman alverçisidir, dərman satmaqla məşğuldur, “Zəfəran” apteklər şəbəkəsinin sahibidir.
Axı, dərman satmaq hara, səhiyyə naziri hara ?
Əgər belədirsə, onda alma satanı, dana alverçisini də qoyaq kənd təssərürfatı naziri problem həll olunsun də.
Kəmaləddin Qafarov təkcə dərman satmır, ev, mənzil də satır.
Bəli, Kəmaləddin Qafarovun “VERSAL PALACE” MTK-sı Bakı şəhərində, Ağ Şəhərdə binalar tikir, bahalı mənzillər satır.
Hə, indi Kəmaləddin Qafarov tikintidən gəlib səhiyyə naziri olmağa iddialıdır.
İndi gəlin görək, Kəmaləddin Qafarov harada oxuyub, ixtisası nədir, haralarda çalışıb, ömründə birinin yarasına dərman qoyubmu, ümumiyyətlə, elementar cərrahi əməliyyatdan başı çıxırmı ?
Bu adam Bakıda doğulub, məktəbi bitirib və sonda hansı yollasa Naxçıvanda universitetə daxil olub.
Adamdan soruşarlar ki, Bakıda doğulan, burda böyüyən 17-18 yaşlı gənc necə oldu ki, gedib Naxçıvanda oxudu ?
Sizi inandırıram ki, bu adam bəlkə də universitetin qapısını tanımayıb.
Yaxşı, indi görək, bu adam Naxçıvanda hansı fakültəni bitirib, ixtisası nədir ?
Kəmaləddin Qafarovun rəsmi tərcümeyi-halında qeyd olunur ki, o, Naxçıvanda meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib.
Yəni bu adam kələmdən, soğandan, badımcandan, xiyardan, yəni tərəvəzdən danışsa, başa düşmək olar.
Bu adamın səhiyyəyə nə dəxli var, axı bu adam heç tibbi kolleci də bitirməyib, heç “med brat” da deyil.
Hələ bu harasıdır ?
Meyvə-tərəvəzçi Kəmaləddin Qafarov 2 dəfədir ki, Milli Məclisə üzv seçilir, deputat olur.
Hələ bu harasıdır ?
Allah qoymasa, Kəmaləddin Qafarov, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavinidir.
Hər yerdən ümidi kəsilən xərçəng xəstələrinin başına bu adam hansı zülmləri gətirmir ?
Kəmaləddin Qafarov bu əlacız xəstələrin hesabına milyonlar qazanır.
Bu adam deputat ola-ola “AzəriMed” şirkətinin sahibidir.
Bu adamın direktor müavini olduğu Onkoloji mərkəzdə xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alırlar. Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat alır.
İndi isə Kəmaləddin Qafarovun şirkətlərinin az bir siyahısına nəzər salaq.
Yuxarıda qeyd etdiyimiz kimi, Qafarov “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydaları aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, Kəmaləddin Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan.
Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq müqavilə imzalayıb.
2018-ci ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Təsəvvür edirsiniz, Kəmaləddin Qafarov Onkologiya Mərkəzinin direktor müavini olaraq dövlətin ayırdığı milyonları öz şirkətinin hesabına keçirir, oradan isə mal, dərman alıb təzədən Onkologiya Mərkəzinə satır.
Yəni alan da, satan da Kəmaləddin özüdür.
Dünyada belə rüsvayçılıq ola bilməz.
Adam sol əli ilə sağ qulağını qaşısa, ona güləllər. Amma Kəmaləddin Qafarov sol əlini qulağının arasından keçirib sağ qulağını qaşıyır. Və elə bilir ki, guya cinayət əməllərinin izini itirir.
Gör bu ağılda adam səhiyyə naziri olsa, cəmiyyətimizi nə gözləyir ?
Başın sağ olsun, başsız səhiyyəmiz... //gundelik-baku.com//
Tarix: 2-12-2021, 10:48
-
Bu gün, 12:42
Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı?
-
Bu gün, 12:32
Ermənistanla Türkiyə arasında quru sərhədlər açılır
-
Bu gün, 12:25
İcra başçısı vədi verilmişdi: sayt rəhbərinin adı sensasion qalmaqalda
-
Bu gün, 10:19
Lökbatanda yanan obyekt sabiq deputatın anbarı imiş - YENİLƏNİB
-
Bu gün, 10:09
Mərkəzi Hospitalının 2 milyonluq tenderi ləğv edildi - TƏFƏRRÜAT
-
Bu gün, 10:07
“Kristal Abşeron“dan mənzil alanlar niyə peşman olur? - SƏBƏBLƏR
-
Dünən, 22:25
Bu rayonda uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedir (VİDEO)
-
Dünən, 22:22
Tərtərdə “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının keçiriləcəyi marşrut üzrə abadlıq işləri davam etdirilir
-
Dünən, 22:13
“690 manat ödədik, müayinəni həkim yox, köməkçisi etdi” - Mərkəzi Klinikadan ŞİKAYƏT
-
Dünən, 22:10
Leysan Məmmədovun Tikinti və İdarəetmə Xidməti araşdırılır? - Maraqlı faktlar
-
Dünən, 22:08
Abdin Fərzəliyevin sevimli şirkəti: Ötən il 1,3 milyon, bu il 353 min manatlıq sifariş
-
Dünən, 22:02
Bəzi banklar müştərilərinə “Hansısa siyasətçi ilə əlaqəniz varmı?” sualını niyə verir? - AÇIQLAMA
-
Dünən, 22:01
Şabranda müdirdən şikayətləri araşdırmaq üçün onun özünə göndərirlər! - GİLEY
-
Dünən, 21:59
Tərtər Rayon İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib
-
Dünən, 16:10
"General Hospital" hepatit aşkarlanan vətəndaşa saxta sağlamlıq arayışı verdi
-
Dünən, 16:07
AYNA-nın "islahat" tələsi: Məhdudiyyət var, bəs alternativ haradadır? - BELƏ DAVAM EDƏRSƏ...
-
Dünən, 15:54
Kirayə müqaviləsi bağlamayanlar 300 AZN cərimələnir - Ekspertdən sərt açıqlama
-
Dünən, 11:41
23 günlük əsgər niyə həyatını itirdi? - DSX-yə ağır suallar - FOTO
-
Dünən, 11:35
Babək Babayevə qanun işləmir? - VİDEO
-
Dünən, 11:03
Gəncədən olan iş adamı Rahib Babayevdən şikayət VİDEO
-
Dünən, 11:02
Naxçıvanda daha bir sahəyə BOŞ PULLAR AXIDILIR ...
-
Dünən, 10:38
Sürücülərə XƏBƏRDARLIQ: Bakıda bəzi parklanma yerləri ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilir - VİDEO
-
11-05-2026, 18:16
Dünyanın ən qorxunc çantası – “Nüvə çamadanı” kimi tanınan keys sadəcə rabitə vasitəsidir
-
11-05-2026, 09:45
Fəhlənin alın təri üzərində qurulan PİRAMİDA... - REPLİKA
-
10-05-2026, 22:36
Moskva, 9 may paradı sönüklüyü. Səbəblər
-
10-05-2026, 17:54
Qəhvə içərək arıqlamaq mümkündür: Bu, necə baş verir?
-
10-05-2026, 17:43
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi əlilinin övladının kiçik toy məclisində iştirak edib
-
10-05-2026, 17:43
BBC: Rusiya və ABŞ ən varlı əyaləti Kanadadan ayırmağa çalışır
-
10-05-2026, 17:36
Trampın sərvəti 1,4 milyard dollar artaraq 6,5 milyard dollara yüksəlib
-
10-05-2026, 17:33
Tərtərdə Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi