Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuyur - VİDEO

Xaçmazın məşhur küçəyə zibil atan məmuru indidə PUB-da mahnı oxuxu - VİDEO
Xaçmazda daha əvvəl küçəyə zibil atması ilə bağlı görüntülərlə gündəmə gələn dövlət qulluqçusu bu dəfə başqa bir məsələ ilə diqqət çəkib.
Belə ki, Xaçmaz şəhərində yerləşən PUB-lardan birində çalışan xanımın özünə məxsus olduğu bildirilən @cicekli_deqiqeler_cici adlı TikTok hesabında sözügedən məkanda dövlət qulluqçusu ilə birlikdə mahnı oxuduğu görüntülər paylaşılıb.
Serhed.az xəbər verir ki, Sosial şəbəkədə yayılan görüntülər ictimaiyyət arasında müxtəlif reaksiyalara səbəb olub. Paylaşımdan belə anlaşılır ki, dövlət qulluqçusu gecə saatlarında PUB-da əyləncə məkanında olub və görüntülərdə qəlyan da əks olunub.
Dövlət qulluqçularının davranışları və ictimai nüfuzu ilə bağlı qanunvericilikdə müəyyən tələblər mövcuddur. Bu baxımdan, sözügedən görüntülərin dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun olub-olmaması aidiyyəti qurum tərəfindən qiymətləndirilə bilər.
Qeyd edək ki, burada məqsəd şəxsin şəxsi həyatına müdaxilə etmək deyil. Məsələ ictimaiyyətə açıq sosial media hesabında yayılan görüntülərin dövlət qulluqçusunun statusu və etik davranış qaydaları baxımından doğurduğu suallarla bağlıdır.


Tarix: Dünən, 12:47
Xəbəri paylaş



Xəbər lenti