HƏKİM HƏBSLƏRİ deputatı da narahat edir? - İDDİA
Son bir ildə rüşvət və korrupsiyaya görə həbs olunanlar arasında icra başçıları üstünlük təşkil edirdi.
Son həbslər isə onu göstərir ki, artıq səhiyyə sahəsindəki problemlər ölkə rəhbərliyinin birbaşa diqqət mərkəzindədir.
Söhbət 1 gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həbs etdiyi “Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-nin Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevdən gedir.
Həqiqətən də ölkə rəhbərliyi səhiyyə sahəsindəki problemləri aradan qaldırmaq üçün TƏBİB yaradır, müasir tələblərə cavab verən xəstəxanalar qurulur, müasir tibb avadanlıqları alınır, səhiyyə sisteminə milyonlar xərclənir. Amma nəticə yoxdur.
Ona görə də ölkə rəhbərliyi səhiyyə sistemini “qara yaralar”dan təmizləmək üçün “əməliyyat” keçirməyə məcbur olur.
Həqiqətən də ölkədə və dünyada koronavirus adlı fəlakətlə mübarizə aparmaq üçün əməlli-başlı “müharibə” gedir, amma səhiyyəmizin “generalı” Oqtay Şirəliyev qeybə çəkilib, TƏBİB öz işinin öhdəsindən gəlmir, xəstəxanalarda rüşvət ərşə dirənib. Hər gün nə qədər insan virusdan ölür. İnsanlarda ümidsizlik, çarəsizlik baş alıb gedir.
Belə bir dəhşətli vaxtda xəstəxananın direktoru Pərviz Abbasov koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün hər xəstənin yaxınlarından 3000-3500 manat məbləğində rüşvət alır.
Xəstələr yaşamaq uğrunda çırpışır, ölümlə mübarizə aparır, həkim isə 3500 manat pul tələb edir. Axı, bu xəstəxana dövlətindir, dövlət sizə maaş verir, dərmanları verir. Bura sənin dədənin deyil e, Pərviz Abbasov.
Belə həkimlərin bəxti onda gətirib ki, Stalinin dövründə olmayıblar. Yoxsa belə baş həkimləri kollektivin gözü qarşısında küçə iti kimi güllələyərdilər.
Digər həbs olunan baş həkim - Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğludur. O da həmkarı kimi koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə rüşvət alıb.
Doğrudan da çox dəhşətli məsələdir. İnsan aman diləyir, ölüm ayağındadır, həkim isə rüşvət tələb edir. Bunun üçün həkim nə qədər şərəfsiz, əclaf, faşist olmalıdır. Adam söz də tapmır.
Görəsən bütün bunlar Kəmaləddin Qafarova dərs olacaqmı ?
Söhbət Milli Onkologiya Mərkəzinin ( MOM ) direktor müavini, səhiyyəmizin “xərçəngi”, “qara yarası”, “bədxassəli şişi” adını qazanmış, Milli Məclisin üzvü Kəmaləddin Qafarovdan gedir. Keçmişi üzümçü-tərəvəzçi olan bu adam səhiyyə sisteminə haradan gəlib düşüb ?
Tibb təhsili olmayan bu adam ölkənin ən böyük tibb ocaqlarından birinə necə rəhbərlik edir ?
Bu adam üçün onkoloji xəstə ancaq pul deməkdir. Onkoloji xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alırlar. Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, sonra...ehh…
Bu adam “AzəriMed” şirkətinin sahibidir.
Onkologiya Mərkəzi isə bu adamın şirkətindən 43 milyon manat dəyərində mal alır.
Satan Kəmaləddin, alan Kəmaləddin. Bir məsələ var deyir?
Alan razı, Satan razı, Nəyə lazım qazı…
Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq müqavilə imzalayıb.
2018-ci ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Kəmaləddin Qafarov “Zəfəran” apteklər şəbəkəsinin sahibidir.
Bunlara qane olmayan Qafarovlar ailəsi həm də “VERSAL PALACE” MTK-ya sahibdir, Ağ Şəhərdə binalar tikir. Qafarovun xeyli biznesini yaxın qohumu Canilya Qafarova idarə edir. “Versal Palace” Elmira Məmmədovanın adınadır. Kimliyini müəyyən edə bilmədik.
Bütün bunlara sahib olan, hələ üstəlik deputat olan Kəmaləddin Qafarov Allahın etmədiyi zülmü xərçəng xəstələrinə edir.
Yəqin ki, yaxın günlərdə Kəmaləddin Qafarovu da həmkarlarının yanına apararlar. Bir mahnıda deyilən kimi, “Səni deyirlər”, Kəmaləddin Qafarov... //gundelik-baku.com//
Tarix: 24-04-2021, 15:48
-
Bu gün, 12:35
Turizm Agentliyi daha 9 ölkədən jurnalist və blogerlər gətirir - SİYAHI
-
Bu gün, 12:32
Milli Onkologiya Mərkəzi 3,4 milyon manatlıq sifariş verdi
-
Bu gün, 12:23
Ucarda torpaqları kim zəbt edir?
-
Bu gün, 10:36
“Tapançalı “lotular”ın göstərişi ilə 550 minə qol çəkmişəm” deyən iş adamı ilə bağlı QƏRAR
-
Bu gün, 10:35
Məhkəmə qərarı: “Topaz” müştərinin 77 min manatını ödəcəyək….
-
Bu gün, 10:24
Deputat Cavanşir Feyziyev haradan və nə qədər qazanc əldə edib?
-
Bu gün, 10:22
Müştəriyə “bu gün ödəməlisən” ULTİMATUMU... - GİLEY
-
Bu gün, 10:16
Tərtərdə Şəhərsalma və Arxitektura İli çərçivəsində “Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda tədbir keçirilib
-
Bu gün, 10:12
Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar
-
Bu gün, 09:35
Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...
-
Bu gün, 09:32
Tərtərdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
-
Bu gün, 09:16
Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır - Kütləvi ixtisarlar
-
Bu gün, 09:10
1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM... - SƏN DEMƏ...
-
Bu gün, 09:06
Tərtər rayonunda növbəti “Əmək yarmarkası” keçirilib
-
Dünən, 17:10
Atasının milyonluq mirasından imtina etdi – Səbəb
-
Dünən, 17:06
Sirkə içən “Dr. Gülü”nün vəziyyəti necədir? – Açıqlama
-
Dünən, 17:00
Baba Rzayev 13 milyonluq tenderə girir – Hesablama Palatası yenicə 255 milyonu ifşa etmişdi…
-
Dünən, 16:58
Generalın oğlu işdən çıxarıldı
-
Dünən, 16:56
Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
-
Dünən, 16:26
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
-
Dünən, 16:23
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
-
Dünən, 16:03
Kallasın Bakı səfərinin pərdəarxası: Əliyevlə görüşdə hansı mesajı çatdırıb?
-
Dünən, 14:42
ITA Airways süni intellektlə yanacaq sərfiyyatını və emissiyaları azaltmağı hədəfləyir
-
Dünən, 10:30
Qarabağ Regional Təhsil İdarəsi Əli Həsənovun şirkəti ilə 54 min manatlıq müqavilə bağladı
-
Dünən, 10:18
Dünya Bankının xəbərdarlığı -Azərbaycan risk qrupunda
-
Dünən, 09:33
Nizami rayonunda stadionu söküb parking etdilər
-
Dünən, 08:57
"Şapka Məmməd" və "Qara Kassa" Əməliyyatı: İflasdan Doğan Milyonlar!.
-
Dünən, 08:15
Əhəd Abıyevin polkovnik qardaşı dünyasını dəyişdi
-
Dünən, 08:12
Saxta kürü məhsulları ilə bağlı monitorinq aparıldı − Pozuntular aşkarlandı
-
Dünən, 08:07
Məktəb direktoru ilə “Ləzzət”in rəhbəri cərimələndi