İcra hakimiyyətlərinin tender oyunu davam edir: Bu dəfə Şəmkirdə… - FOTOFAKT

Yeni yaranan və bu səbəbdən də təcrübəsi olmayan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə qalib olması dəfələrlə qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, belə tenderlərdən birinin qalibi "SH Memorial" MMC (VÖEN-8503285771) adlı şirkət olub.
"SH Memorial" MMC 19.05.2020-ci il tarixində Şəmkir rayon İcra Hakimiyyətinin elan etdiyi tender müsabiqəsinin qalibi elan olunub.
Şəmkir rayon İcra Hakimiyyəti "SH Memorial" MMC-yə Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2 (iki) ədəd liftin alınması və quraşdırılması üçün 104 min 854 manat 80 qəpik ödəyəcək.
Məlumat üçn bildirək ki, Şəmkir rayon İcra Hakimiyyəti tender müsabiqəsini aprel ayının 8-də elan edib. Bu barədə məlumat “Respublika” qəzetində dərc olunub (http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/reklam-v-elanlar/item/26633-tender-elanlari).
Maraqlıdır ki, tenderin qalibi olan "SH Memorial" MMC tender elanından cəmi bir həftə əvvəl – 01.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, Şəmkir rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin şərtlərində açıq şəkildə qeyd olunub:
- Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
Göründüyü kimi, cəmi bir həftə əvvəl qeydiyyatdan keçən şirkətin son bir ildəki fəaliyyəti barədə hansısa sənəd təqdim etməsi mümkünsüzdür.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi bir-neçə gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qiymət necə şişirdilib?
Şəmkir rayon İcra Hakimiyyətinin keçirdiyi və "SH Memorial" MMC-nin qalib olduğu tenderlə bağlı diqqət çəkən başqa bir məqam isə satın alınan mal və xidmətin qiymətilə bağlıdır. Şəmkir rayon İcra Hakimiyyəti heç bir təcrübəsi olmayan "SH Memorial" MMC-yə “gücü 400 kq, sürət 1m/s” olan iki ədəd liftin satın alınması və qurşadırılması üçün 104 min 854 manat 80 qəpik ödəyəcək. Bu isə o deməkdir ki, bir ədəd liftin qiyməti 52 min 427 manat 40 qəpik olacaq.
Qeyd edək ki, hazırda daxili bazarda “gücü 400 kq, sürət 1m/s” olan liftin orta bazar qiyməti 30-35 min manat arasında dəyişir. Elan saytlarında bu barədə kifayət qədər məlumat var. Halbuki, "Dövlət Satınalmaları Haqqında" Qanunun 27.4-cü maddəsində açıq şəkildə yazılır ki, hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən (orta bazar qiyməti) yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır.
Əlaqələndirici şəxslə əlaqə saxlamaq mümkün deyil…
Qeyd edək ki, tender elanında əlaqələndirici şəxs olaraq göstərilən və əlaqə saxlamaq üçün elana mobil nömrəsi (050 575 55 95) yazılan Şəmkir rayon İcra Hakimiyyətinin baş mühasibi Habil Hüseynovdan məsələ ilə bağlı açıqlama almaq cəhdimiz baş tutmadı. Baş mühasibə dəfələrlə zəng etməyimizə baxmayaraq telefon zənglərimizə cavab vermədi.
Adı olub özü olmayan daha bir şirkət…
Şəmkir rayon İcra Hakimiyyəti ötən ilin dekabr ayında da bənzər tender keçirib və qalib şirkət “RC COMPANY” MMC olub. “SH Memorial" MMC kimi “RC COMPANY” MMC-də Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2 (iki) ədəd liftin alınması və quraşdırılması üçün Şəmkir rayon İcra Hakimiyyətindən 104 min 902 manat alıb. Bu şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınsa da bugünə kimi lift satışı və quraşdırılmasında hansı təcrübəyə sahib olduğu barədə heç bir məlumat yoxdur.


Tarix: 21-05-2020, 15:34
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
-
21-08-2026, 22:48
Novxanıda “yol əhvalatı”: Şəxsi rahatlıq naminə ictimai əmlak bərbad hala salınıb
-
21-08-2026, 22:44
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
-
21-08-2026, 22:40
İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR - ÖZBAŞINA QALIBLAR...
-
21-08-2026, 18:30
Səfərbərlik Xidməti 748 minlik nəqliyyat vasitəsi alır
-
21-08-2026, 18:28
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? - İLGİNC FAKTLAR
-
21-08-2026, 18:25
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... -...dövlət büdcəsi havaya sovrulur
-
21-08-2026, 18:23
Büdcə belə talanır - Nazirin qaynının biznes sxemi VİDEO
-
21-08-2026, 12:12
İcra başçısı ondan 200 min manat rüşvət alaraq vəzifə verib?: İDDİA - SƏS YAZISI
-
21-08-2026, 11:42
Elm və Təhsil Nazirliyi 10 milyonu haraya xərcləyəcək?
-
21-08-2026, 11:41
Azərbaycanda turizm inkişaf edə bilməz, çünki… – İqtisadçı
-
21-08-2026, 11:35
1 məmurun pensiyası üçün ən az 10 nəfərin əməyi lazımdır - Hüquqşünasdan SENSASİON AÇIQLAMA
-
21-08-2026, 11:16
Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT
-
21-08-2026, 10:41
Tibbimiz Ucarda HOQQA VERİR... - TƏBİB şefinin nəzərinə...
-
21-08-2026, 10:33
Vəkil hakimi susdurmaq üçün 40000 manat lazım olduğunu dedi və... - DƏLƏDUZLUQ!
-
21-08-2026, 10:30
Rasim Həsənov azadlığa necə çıxıb? - Protest veriləcək
-
21-08-2026, 10:20
KAMRAN ƏSƏDOV FENOMENİ-Ekspert Rəyi
-
21-08-2026, 10:09
Agentlik 20 qəpiyə görə "Buta" apteklər şəbəkəsini 4 min manat cərimələdi